hemle

Yaşar Nurinin qızından ETİRAF: "Atam Firəngiz xanımı çox sevirdi..."

Tarix:30-01-2024, 20:41
Baxış Sayı:32

"Atam həqiqətən də Firəngiz xanımı çox sevib".

Bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər "SPACE" telekanalındakı çıxışında deyib.

Atasının Firəngiz xanıma olan hisslərindən danışan Ülkər, bəzi etiraflar edib:

"Atam Firəngiz xanımı həqiqətən də çox sevib. Hətta əməliyyatdan çıxan kimi ilk telefon zəngini də ona etmişdi. Bizə də Firəngiz xanım zəng edib dedi ki, Yaşar əməliyyatdan çıxıb, narkozdan ayılıb. Hətta anam da dedi ki, vallah mənim xəbərim yoxdur heç".

Ülkər, Firəngiz xanımın artıq onlara gəlmədiyini də deyib:

"O artıq bizə də, atamla bağlı çəkilən verilişlərə də getmir. Səbəbi də odur ki, deyir Yaşar haqda danışmaq mənə ağırdır. özü də deyir gedirəm, danışıram Yaşarı xatırlayıram, o stressləri yenidən yaşayıram. Amma əlaqəmiz kəsilməyib. Mən ona deyirəm hər zaman, sən mənim ikinci anamsan. Mənim anam da həm atama, həm onun sənətinə hörmətlə yanaşıb. Atam hər zaman deyərdi ki, o mənə ərə gələndə bilirdi kimə gəlib".(Azxeber)

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar