hemle

Salam əsgər!- Sənə deyiləcək sözüm var! - Əntiqə RƏŞİD yazır

Tarix:21-05-2020, 09:38
Baxış Sayı:454

Sənə bu məktubu 27 ildən çoxdur, havasını uda, suyunu içə, dağında-dərəsində qayğısızcasına gəzə bilmədiyim yurdumdan cox-cox uzaqlardan yazıram.

Yazıram, yazıram, sonda yazdığım vərəqi parçalara ayırıram.. çunki bilmirəm nədən başlayımz, hardan yazım, hansı dərdimi sənə söyləyim.Yox, bu dəfə sona qədər yazmağa cəhd edəcəm, calışacam…

Əsgər!

Bir zaman güllü-gülüstana bənzər bir həyətimiz vardı, orda ağaclar da, çəmənlik də yamyaşıl idi, orda çiçəklər-güllər əlvan rəngdəydi, orda bülbüllərin cəh-cəhidə təkrarsızıydı. Bax, o cənnətin içində sadə bir ev, o evin isə sadə sakinləri vardı. Bir baxışıynan özümüzü yığışdırdığımız, dünyada hamıdan güclü bildiyimiz Ata vardı, sonsuz şıltaqlıqlarımıza dözən, hirsi-əsəbi qayğıya bülənən Ana vardı, 5 dəqiqə ”dost ” , 5 dəqiqədən sonra ”düşmən”, pisliklərdən xəbərsiz bacı-qardaş vardı. Ən çox , Ana kəfkirlə böyük mürəbbə tiyanını qarışdırdıqca, hərəmizin əlində bir nəlbəki ocağın kənarını kəsdidiyimiz yadıma düşür. Birinci kimin nəlbəkisinə pay çəkiləcək iddiası "kiçik didişmələr” yaradardı. Dartışma-çəkişmə… Ana tiyana yıxılacağımızdan qorxardı. Əlindəki kəfkirlə hərəmizi bir tərəfə qovardı; "Yaxına gələnin bu kəfkirlə ayaqların sındıracam”. Axırıncı "ültumatum”dan sonra azacıq gözləyib, yenidən ocağın başına yığışardıq. Onsuzda ”ultumaum”un elə də tutarlı olmadığını bilirdik. Mürəbbə payımız çəkilərdi. Bu dəfədə ikinci payı da almaq üçün bütün barmaqlarımızdan "səmərəli istifadə” edərdik. Nəinki, nəlbəkimizə, ağız-burnumuza, üst başımıza, hətta əl-ayağımıza bulaşmış mürəbbə şirəsinə birdə toz-torpaq hopanda görəydin bizi… Hələ məhlədə top-top oynayan həmyaşıdlarımın səsi-küyü məni hövsələdən çıxaranda topu götürüb qaçdığım, qəzəbli "futbolçular”ın ayaqyalın arxamca düşüb, topu məndən alıb, sonrada məni möhkəmcə əzişdirdiyi günləri özlədim…

Əsgər!

Belə qayğısız xoşbəxt mənzərə üçün burnumun ucu göynəyir. Yatıram yuxularımdan, oyanıram gözlərim qarşısından çəkilmir o sevimli, bir-birindən maraqlı anlar… İndi isə o qayğısız ailədən xəbər verim sənə!Kicik vaxtı kəfkirin havada yellənən "zəhmindən” "qorxan”, əlində nəlbəki bərk-bərk tutan o balaca oğlan bilirsənmi hardadı? Böyüdü, igid bir oğul oldu, elinin dar günündə silaha sarıldı. Düşmənə qarşı döyüşlərə atıldı. Düşmən çox güclüydü, arxalıydı axı… Oğlan gördü ki, gücü çatmayacaq, yurdunu yağılardan təmizləyə bilməyəcək, çəkildi öz zirvəsinə… əvvəldən arzuladığı şəhidlik zirvəsinə…

Əsgər!

Hamını Atası ilə qorxudan, güldən-cicəkdən, meyvədən-mürəbbədən üst-başının rəngi bilinməyən, o balaca qızın aqibəti nə oldu , bilirsənmi? Düşmənlərin əlinə keçməmək ücün, namusunu qorumaq üçün özünü qayadan atdı. Vücudunun çırpıldığı hər qayada, hər daşda bir parçası qaldı.

O zəhmli Ata, o qayğıkeş Ana bu müsibətlərdən sonra hər gün Allahdan özləri üçün ölüm dilədilər. Bir gün isə övladlarının ruhuna qovuşdular.

Əsgər!

Sən mənim ümid yerim, sən mənim pənahımsan! Qaytar məni yurduma!Əzizlərimin son düşdüyü yerləri, qanı süzüldüyü torpaqları, gorgahları səndən istəyirəm. Mən bilirəm sən buna qadirsən, sən bu qüdrətə maliksən!Düşmənin qəlbimizə çəkdiyi dağları onun özünə, bizidə yurdumuza qaytar! Qayataracağına inanıram! O üzdən Allahdan özümə ölüm diləmirəm.

Şuşa qalasında, Cıdır düzündə üçrəngli şanlı Azərbaycanın bayrağını sancacağına ümid çoxdur. Bir sözlə, ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!

Köçkünlər, şəhid bacıları, şəhid qardaşları adından


Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...