hemle

XİN-in rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Tarix:8-07-2024, 14:30
Baxış Sayı:792

XİN-in rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.

Oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanını ziyarət edən nazir C.Bayramov və XİN əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR