hemle

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum oldu

Tarix:27-06-2024, 10:30
Baxış Sayı:789

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum oldu
Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum olub.

Bununla bağlı britaniyalı terapevt Sermed Mejer "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Mejerin sözlərinə görə, daha çox uşaqlar və yeniyetmələr gözlərinin qarşısında qəribə naxışlar və ya ləkələr görürlər.

O, bu parlaq parıltıların yaranmasının səbəbini açıqlayıb.

Mejer bildirib ki, insanların 75 faizi heç olmasa həyatlarında bir dəfə də olsa, gözlərini yumduqda bu parıltıları görüblər. Onun sözlərinə görə, bir qayda olaraq, bu, təhlükəli deyil, lakin bu parıltıların yaranma səbəbi ilə bağlı bir neçə fərziyyə var.

"Birincisi, birbaşa mexaniki simulyasiyadır. Yəni göz qapaqlarının sürtünməsi və ya onlara təzyiq nəticəsində torlu qişanın daxilində işığa reaksiya verən hüceyrələrin simulyasiyası baş verir. Bu yolla biz müxtəlif rənglər və formalar görürük", - deyə Mejer qeyd edib.

Bundan əlavə, foton şüalanması və ya maqnit sahələrinə məruz qalma nəticəsində gözlər qarşısında qəribə rəngli formalar meydana gələ bilər.

Terapevtin sözlərinə görə, bu cür rəng parıltıları adətən uşaqlar və yeniyetmələr tərəfindən görülür, böyüklərdə nadir hallarda rastlanır.

Mənbə: Lenta.ru

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı