hemle

Azərbaycanda ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb

Tarix:29-07-2022, 19:12
Baxış Sayı:161

Azərbaycandakı ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində bildirib.

Nazir deyib: “Ali təhsil müəssisələrimizin reytinqlərdə geri olmasının bir neçə səbəbi var. Bir səbəbi də məhz bundan ibarətdir ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk”.

“Bu baxımdan qarşılıqlı əməkdaşlıq olduqca vacibdir. Mən əminəm ki, ali təhsil müəssisələri elmi tədqiqat institutlarından, elmi təşkilatlardan çox şey öyrənə bilər, çünki Azərbaycanın, həqiqətən də, fundamental elmlər sahəsindəki tədqiqat təcrübəsi məhz bu institutlardadır. Ona görə də uzun illər ərzində bu sahədən bir çox alimlərimiz Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərirlər. Bu bizim ali təhsil müəssisələrimizə çox ciddi töhfə vermiş olacaq. Yəni həmin insanların auditoriyalarda olması, həmin ali təhsil müəssisələrindəki imkanlardan faydalanması və s.”, - nazir qeyd edib.

Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı