hemle

97 nəfərin öldüyü təyyarə qəzasının səbəbi məlum oldu – "Koronavirus ..."

Tarix:24-06-2020, 15:05
Baxış Sayı:592

Pakistanda 97 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının səbəbi açıqlanıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, təyyarənin qəzaya uğramasının səbəbi pilotların uçuş boyu koronavirus pandemiyası barədə mübahisə etdikləri üçün fikirlərinin yayınması olub. Bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan məlumat verib. Təyyarənin içərisində qeydə alınan səs yazısı bunu aşkara çıxarıb. Aparılan araşdırmalar nəticəsində təyyarədə heç bir texniki nöqsan aşkar edilməyib. Yeni əldə edilən məlumatlarda enişə keçməzdən əvvəl mərkəz tərəfindən pilotların bir neçə dəfə qayda pozuntuları barədə xəbərdar edildikləri bildirilib. Pilotlar isə xəbərdarlığı dinlədikdən sonra yenidən koronavirus mübahisəsinə davam ediblər. Nəticədə sərnişin təyyarəsi qəzaya uğrayıb və içərisində olan 99 nəfərdən 97-si dünyasını dəyişib.
[media=https://www.youtube.com/watch?v=JjNItUNNQH4]

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi