hemle

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcək

Tarix:17-06-2024, 12:45
Baxış Sayı:815

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcək
Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.

Federasiyadan verilən məlumata görə, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Bu gün səfərə yollanan yığmanın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir