hemle

Azərbaycanın qadın boksçusu II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib

Tarix:1-06-2024, 12:30
Baxış Sayı:639

Azərbaycanın qadın boksçusu II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib
Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Federasiyadan verilən məlumata görə, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.

Rəhimova növbəti görüşündə Aeji İm (Cənubi Koreya) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də baş tutacaq.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq. Azərbaycan millisi indiyədək olimpiadaya 4 lisenziya qazanıb.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ