hemle

Yığmanın baş məşqçisi: “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik

Tarix:3-06-2024, 10:00
Baxış Sayı:800

Yığmanın baş məşqçisi: “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik
Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik.
Bunu jurnalistlərə açıqlamasında, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.

Serbiyalı mütəxəssis bu gün start götürən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi barədə danışıb: “Fiziki hazırlıq baxımından çatışmazlıqlar var. Son 2-3 həftədə bunun üzərində işlədik. Sözün yaxşı mənasında “Paris-2024”də fərqli Azərbaycan millisini görəcəyik. Basketbolçularımızın ayaqları ağırlaşıb. Çünki həqiqətən ağır tərzdə məşqlər keçirdik. Qarşıda bizi bir neçə yarışlar gözləyir. Dünya Qadın Seriyasının Qəbələ mərhələsi bu turnirlərə hazırlıq xarakteri daşıyır”.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində yer aldığı “A” qrupunda iki görüş keçirib. “Baku Fleyms” klubuna qalib (21:6) gələn yığma, Portuqaliyaya məğlub (13:21) olub.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ