hemle

Qəbələdəki beynəlxalq basketbol turnirində ilk günə yekun vurulub

Tarix:3-06-2024, 09:00
Baxış Sayı:768

Qəbələdəki beynəlxalq basketbol turnirində ilk günə yekun vurulub
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin ilk gününə yekun vurulub.

“A” qrupunda yer alan və keçirdiyi üç görüşdən birində qələbə qazanıb, ikisində məğlub olan Azərbaycan millisi 1/4 final mərhələsinə yüksəlib.

Komandamızın bu mərhələdəki rəqibi “B” qrupunun ikincisi “Barselona Panthers” olacaq.

Yığmamızla eyni qrupda yer alan digər təmsilçimiz “Baku Fleyms” klubu isə hər üç görüşdə uduzaraq turnirlə vidalaşıb.

1/4 final mərhələsinin digər cütündə “Warsaw Lotto” klubu İtaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Portuqaliya və Polşa milliləri yer aldıqları qrupları birinci pillədə başa vuraraq birbaşa yarımfinala yüksəliblər. Azərbaycan – “Barselona Panthers” görüşünün qalibi Portuqaliya yığmasının rəqibi olacaq. “Warsaw Lotto” - İtaliya matçında qələbə qazanan kollektiv isə Polşa seçməsi ilə üz-üzə gələcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı