hemle

Arif Əsədov: “Bolqarıstanla matç çətin olacaq”

Tarix:24-03-2024, 17:04
Baxış Sayı:225

Arif Əsədov: “Bolqarıstanla matç çətin olacaq”

“Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir”.

“Report”un məlumatına görə, futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series - Edition 2024” turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstan ilə qarşılaşacaq.

Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı