hemle

Ərdoğan: Türkiyə tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət bizik

Tarix:27-05-2024, 18:00
Baxış Sayı:768

Ərdoğan: Türkiyə tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət bizik
Türkiyənin hazırkı hökuməti ölkə tarixində ən çox dövlət çevrilişi cəhdlərinə məruz qalıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 may 1960-cı il dövlət çevrilişinin ildönümünə həsr olunmuş Demokratiya və Azadlıq adasında keçirilən tədbirdə deyib.

Prezident xatırladıb ki, Türkiyə uzun illər iğtişaş və qeyri-sabitlik girdabından xilas ola bilməyib: “27 may 1960-cı il hadisələrindən sonra oxşar çevriliş cəhdləri hər 10 ildən bir təkrarlanırdı. Hər şey eyni ssenari üzrə təkrarlandı: küçə iğtişaşları, universitetlərdə etiraz aksiyaları, qəzetlərdə sifarişli yazılar. Türkiyə tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət bizik. Ancaq bütün bu cəhdlər uğursuz olub”.

Ölkə lideri yeni "vətəndaş konstitusiya"nın qəbul edilməsinin zəruriliyini bir daha vurğulayıb. Ərdoğan həmçinin parlamentdə keçiriləcək müzakirələr zamanı müxalifət partiyalarını yeni konstitusiyanın qəbul edilməsi məsələsini dəstəkləməyə çağırıb.[u][/u]

Digər xəbərlər
14:38 MOSKVADAN GERÇƏK BİR XATİRƏ
14:32 Ən pis günün belə olsun, ad günün mübarək şirin nəvəm
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq