hemle

ONLARIN MƏQSƏDLƏRİNİ HEÇ VAXT UNUTMAYACAĞIQ – ƏRDOĞAN

Tarix:12-09-2020, 19:49
Baxış Sayı:375

Millətimizin tarixinə, mədəniyyətinə, dəyərlərinə və inanclarına qarşı çıxanların məqsəd və üsullarını heç vaxt unutmayacağıq.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1980-ci il sentyabrın 12-də Türkiyə ərazisində baş vermiş hərbi çevrilişin 40-cı ildönümü münasibətilə Demokratiya və Azadlıqlar Adasında keçirilən “Qəyyumluqdan demokratiyaya milli iradə” adlı simpoziumda çıxışı zamanı bildirib.

12 sentyabr çevrilişinin bir ssenari əsasında həyata keçirildiyini qeyd edən Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqının 15 iyul hadisələri zamanı bunun layiqli cavabını verdiyini deyib.

"Hər bir çevriliş əvvəlkilərin çatışmazlıqlarını və uğursuzluqlarını tamamlamaq məqsədilə həyata keçirilir. Demokratiya qarşısındakı maneələri bir-bir təmizlədik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı