hemle

RUHUN ŞAD OLSUN, ŞƏHIDIM... ELMIR MÜRSƏL OĞLU ƏLIYEV

Tarix:23-05-2024, 11:00
Baxış Sayı:771

RUHUN ŞAD OLSUN, ŞƏHIDIM...  ELMIR MÜRSƏL OĞLU ƏLIYEV
Bir ömür kitabı var: yarıda bağlanan, yarımçıq yazılan, amma iki balaca ürəkdə nağıla dönən, bütöv bir xalqın qəlbində yaşayan Şəhid ömrü.Üzərinə düşən etimadı doğrultmaq üçün, etibarı itirməmək naminə canını fəda etmək qədər böyük qəhrəmanlıq varmı? Əqidəsində xalqına, elinə-obasına bağlılıq haqqında nəğmə son akkordlarına qədər vurulmaqda... Yoxsa iki körpə fidanını atasız qoyub getməzdi. Müqəddəs vətən əmanətini qorumaq üçün şəhidlik zirvəsinə ucalan Əliyev Elmir Mürsəl oğlu ciyərparalarını elinə-obasına əmanət buraxdı. Birinci Qarabağ müharibəsində sinəsini sipər edən qəhrəman oğullarımızdan biri olan Əliyev Elmir Mürsəl oğlu 1966-cı il fevral ayının 13-də Qum kəndində anadan
olub. Orta təhsilini şəhər 1 nömrəli orta məktəbində alıb. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Memarlıq və İnşaat Universiteti) bitirib, təyinatla Bakı şəhərində işləyib. Vətənin üstünü qara buludlar alanda Elmirin də rahatlığı pozulur. Hərbi Komissarlıqdan çağırış gələn kimi cəbhəyə yollanır. Onun ilk cəbhə həyatı Murovdağ və Kəlbəcər rayounun Qamışlı kəndi ilə bağlı olur. Qış günlərində çox əziyyət çəkən əsgərlər hər bir imkandan istifadə edib düşmənə müqavimət göstərsə də, şaxtanın qurbanı olanlar da az olmur. Elmirin də ayağını don vurur. Hospitalda ay yarım müalicədən sonra öz xahişi ilə yenidən cəbhəyə qayıdır. Bu dəfə Füzuli bölgəsində vuruşan əsgərimiz aprelin 20-də
strateji əhəmiyyəti olan yüksəkliyin ələ keçirilməsində əsl qəhrəmanlıq göstərir. Elmirgilin taboru xəbis düşməni geri çəkilməyə məcbur edir. Yüksəklik ordumuz tərəfindən ələ keçirilir. Lakin bu sevinci dadmaq, qələbə həzzini yaşamaq Elmirə qismət olmur. O, azğınlaşmış düşmən gülləsinə tuş gəlir. Elmir əbədiyyətə qovuşsa da, onun qəhrəmanlıqları döyüş yoldaşlarının, eləcə də, hərbi hissə komandanlığının yadından çıxmır. Elmir Əliyevin ölümündən sonra “Azərbaycan Bayrağı “ ordeni ilə təltif olunması üçün Müdafiə Nazirliyinə müraciət edirlər. Elmirin eləcə də, digər şəhidlərimizin ən böyük mükafatı qazandığımız vətən torpaqlarıdır. Elmirin nəşi doğma Qum kəndində, qurbanı olduğu müqəddəs vətən torpağına tapşırılıb.
Şəhidlər ölməz, vətən bölünməz
Səhər Manaf

Digər xəbərlər
16:02 Sürücülər DİQQƏT: 40 manat cəriməsi var
15:57 İran səfirliyimizə hücum edən şəxslə bağlı qərar verdi
15:53 İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
15:49 Bu şəxslər 1500 manatədək cərimə ediləcək
15:47 Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
10:51 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:37 Ukrayna ordunu bu istiqamətdə toplayır: Rusiyaya kütləvi hücum başlayır?
09:50 Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI