hemle

Bakıda “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” konfransı keçirilir

Tarix:22-05-2024, 16:30
Baxış Sayı:678

Bakıda “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” konfransı keçirilir
Bakıda “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilir.

Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal" marşının səsləndirilməsi, türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb. O, videomüraciətində bildirib ki, bu gün iki ölkə arasında münasibətləri daha da dərinləşir:

“Azərbaycana son səfərim zamanı bizə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycan xalqına minnətdaram. Düşünürəm ki, bir millət üç dövlət anlayışı günbəgün daha da genişlənir. Mən hər iki xalqın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla anıram”.

Qeyd edək ki, Şimali Kipr və Azərbaycandan şəhid ailələrinin vətəndaş cəmiyyəti institutlarının xətti ilə qarşılıqlı səfərləri başlayır.



Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir