hemle

"Türkiyə, Azərbaycan və Şimali Kipr “tək millət, üç dövlət”dir" - Ersin Tatar

Tarix:14-10-2023, 14:11
Baxış Sayı:2 493

“Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək millət, üç dövlət”dir”.

Bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında bildirib.

Türkiyənin Şimali Kiprin qarantı olduğunu diqqətə çatdıran Ersin Tatar Azərbaycanın da ölkəsinin yanında olduğunu bildirib: “Biz də hər zaman Türkiyənin və Azərbaycanın yanındayıq. “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində mühüm görüşlər keçirdik. Ölkələrimiz turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklər".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir