hemle

Şimali Kiprin Prezidenti: “Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq”

Tarix:12-10-2023, 21:17
Baxış Sayı:3 005

“Bizim Türkiyə və Azərbaycan ilə bağlarımızı qoparmaq mümkün olmayacaq”.

Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar şərəfinə verilən rəsmi ziyafətdəki çıxışı zamanı deyib.

“Biz talenin birləşdirdiyi eyni millətin övladları olaraq Türkiyə ilə birlikdə Azərbaycanın yanındayıq. Başqalarının boyunduruğu altında yaşamağa məcbur edilsək də, bizim mübarizəmiz davam edir. Bu gün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük. Bu isə türkdilli dövlətlərin bizə olan dəstəyinin bir nümunəsidir”, - E.Tatar bildirib.
O Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyulan iradədən ötrü Prezident İlham Əliyevə təşəkkür edib.

“Son dövlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən olduqca məmnunuq. Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz artan xətlə davam edəcək”, - E.Tatar əlavə edib.(“Report”)

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir