hemle

ŞADLIQ SARAYLARINDA İYUN AYI ÜÇÜN BOŞ YER QALMAYIB — TOYLAR TƏXİRƏ SALINSA NECƏ OLACAQ? – VİDEO

Tarix:17-05-2020, 16:25
Baxış Sayı:548

Sosial şəbəkələrdə toyların vaxtının uzadılması haqda məlumatlar yayılıb və sözügedən mövzu müzakirələrə səbəb olub. Bəs görəsən maydan sonrakı aylarda restoranlarda keçirləcək toy məclisləri üçün verilən behlər nəcə olacaq? “Toy məclislərinə qoyulan qadağanın sentyabr ayınadək qüvvədə qalacağı ilə bağlı TƏBİB-in rəhbərliyi adından yayılan məlumat həqiqəti əks etdirmir”.

ONN media bildirir ki, bu fikri ATV-yə qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi.

Yeri gəlmişkən, qeyd edək ki, may ayının 18-dən etibarən xüsusi karantin rejimi ilə bağlı növbəti yumşaldılmalar nəzərdə tutulur. Yeni qaydalarda toy məclislərinin təşkilinə qoyulan qadağa hələ ki qüvvədə saxlanılıb.

Müşahidələr göstərir ki, qadağaların may ayının 31-də başa çatacağını düşünənlər iyun ayı üçün şadlıq saraylarına məclis təyin ediblər.

Bunu şadlıq saraylarının inzibatçlıları da təsdiqləyir.

Ruslan Hüseynov – inzibatçı: “Demək olar ki bütün günlərimiz doludur. İyun ayındada bron olan günlərimiz var. Karatinlə bağlı müşdərilərimiz də narahatlıq hissi keçirirlər.

Dövlətimiz hər hansı qərar verərsə, yenidən uzadılarsa, yəqin ki toylarımızı növbəti aylara keçirərik. Ev sahiblərini dəvət edəcəyik bura. Əgər istəyən olarsa, behlərini qaytararıq. Yəqin ki məhərəmliyiə kimi uzanmış olsa, məhərəmlikdən sonrakı aylara inşallah”.

Müşviq Həşimov – restoran inzibatçısı: “İyul ayı üçün bütün sifarişlər götürülüb. 3-5 boş yerimiz var. Bütün hamısından behlər alınıb. Əgər açılmasa müştəriləri çağıraraq danışarıq. Yəqin növbəti aya keçirəcəyik. Kimsə istəsə behlərini qaytaracıq”.

Restoran inzibatçıları bildirirlər ki, toylara icazə verilərsə sosial izolyasiya qaydalarına əməl edərək masalar arasında məsafəni artırmaq mümkündür.

Qeyd edək ki, hazırda şadlıq saraylarının qiymətlərində heç bir dəyişklik yoxdur.
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir