hemle

BAKI METROSU 20 VAQON ALMAĞI TƏXİRƏ SALIB? – RƏSMİ

Tarix:12-05-2020, 14:03
Baxış Sayı:450

Bakı Metropoliteni QSC-nin may ayı üçün nəzərdə tutulan 20 vaqonun (4 qatar) alınmasını təxirə salması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Heç bir proses təxirə salınmayıb.

Bu sözləri ONN media-ya Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, vaqonların istehsalı bu ay başa çatacaq və sonrakı müddət ərzində Bakıya gətiriləcək:

“Həmin vaqonların istehsal prosesi artıq başa çatmaq üzrədir. Karantin müddəti bitəndən sonra yeni vaqonların Bakıya gətirilməsi təmin olunacaq. Bu vaqonlar Bakı Metropoliteninin mövcud istismar parkında istismar müddətini başa vuran vaqonları əvəz edəcək. Həmin vaqonlar xətdən çıxarılanda bu vaqonlar artıq xətdə olacaq”.


B.Məmmədov bildirib ki, bununla bağlı 3 illik müqavilə imzalanıb və bu müddət ərzində 60 yeni vaqon alınacaq.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı