hemle

Xarı Bülbül

Tarix:8-05-2024, 10:30
Baxış Sayı:777

Xarı Bülbül
90-rın əvvələrində yaz gələndə hər il daha da çoxalan Xarı bülbüllərin sayı çoxaldıqca onlardan küskünlüyüm də artırdı. Əmanət qoyduğumuz Şuşaya sahib çıxmadan bizə sarı gəlmişdilər. Mən də o binəva çiçəkləri təbiətin bağrından dərib suqabında əsir edirdim... İllərlə... ama geri qayıtmadılar. Vətən müharibəsində Xarı bülbül də qəhrəman şəhidlərimizin sırasına qatıldı. Şəhid oldu Vətən gülü. Şəhidliyin, Vətənin simvoluna döndü əbədilik... Heç yerdə paylaşmadığım, 18 yaşımda qələmə aldığım şeiri Şuşanın anım günü ərəfəsində Xarı bülbüllərə ithafən paylaşıram. Bağışla məni şəhid gülüm!
Xarı Bülbül
Gülüm gül üstünə düşdü,
Sarı tellər üzə düşdü.
Şüşanmı yadına düşdü?
Qan ağlayan Xarı bülbül.
Haydı qaçaq o yerlərə,
Təsəllisən bu ellərə.
Düşmə səni pis dillərə,
Beli nazik Xarı Bülbül.
Bu yudrun qonağı yazdı,
Yerin dağdı, fəslin yazdı.
Oyan gülüm, açıl yazdı,
Küsmə belə Xarı bülbül.
Baharın tər nəfəsisən,
Tilsimlisən, sehrlisən.
Sevincim-sən, kədərim-sən,
Qəlbi dolu Xarı Bülbül.
Taleyindən küsmə belə,
Sığal ver qaş-gözə, telə.
İnan, dönəcəksən elə,
Ay nigaran Xarı Bülbül!..
Səhər Şıxəli Manaf

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ