22 yanvar 2021-ci il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin yaratdığı Xarı Bülbül Ədəbi məclisinin onlayn Beynəlxalq konfransı keçrildi. Konfransda dünyanın müxtəlif olkələrində yaşayan ser, sənət adamı olan türklər, Azərbaycandan isə müharibə veteranı qadınlar, şeriyyətimizin nümayəndələri iştirak etdilər. Əslən Qarabağdan olan, məşhur tarizən Qurban Pirimov soyundan olan Asim Qurbanov öz gözəl ifaları ilə konfrans iştirakçılarına Azərbaycan müsiqi mədəniyyəti və gözəlliyini təqdim etdi. Aşıq Mikayıl Azaflının yetirməsi, müharibə veteranı Nizami Bağırov da sazı-sözü ilə müsiqimizi Xarı Bülbülün tanıdılması üçün çalışdı. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndəsi İlqar Məcidli də konfransımızda iştirak edərək konfransımıza dövlətimizin dəstəyini ifadə etdi. Xarı Bülbül Ədəbi Məclisinin rəhbəri Mehriban Çələbi, Xarı Bülbül Ədəbi məclisinin yaradıcılıq işləri üzrə rəhbər Aybəniz Qafarlı da konfrans iştirakçılarını salamladılar. Uzun sürən konfrans zamanı Türkiyə Azərbaycan arasında olan könül bağlarının dahada möhkəmlənməsi üçün çalışmalarımızın davam etdirilməsi, Xarı Bülbül sevdasının dünyaya daşınması və tanıdılmasına görə gələcək planlar müzakirə edildi. Konfransın təşkilatçısı Türkidə fəaliyyət göstərən tanınmış rejissor Reşid Demirtaş və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, Xarı Bülbül Ədəbi məclisinin təsissçisi Radə Abbas idi
ATESH,AZ