hemle

İlham Əliyev: “Xarı bülbül” festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur”

Tarix:12-05-2021, 15:22
Baxış Sayı:281

“Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarı bülbül” festivalı keçirilir”.

Bunu Prezident İlham Əliyev Şuşada “Xarı bülbül” festivalının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz bu günü, səbirsizliklə, 30 il gözləmişik.

“30 il vətən həsrəti ilə yaşamışıq. Hər dəfə deyirdik ki, biz bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik və etdik də”.

İlham Əliyev qeyd edib ki, “Xarı bülbül” festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur.

“Biz bu günü qəhrəman hərbçilərə, Azərbaycan xalqına borcluyuq”, - deyə prezident əlavə edib.

Vətən müharibəsində şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı