hemle

Demokratların lideri Ukraynaya qoşun göndərilməsini istisna etməyib

Tarix:6-05-2024, 09:30
Baxış Sayı:639

Demokratların lideri Ukraynaya qoşun göndərilməsini istisna etməyib
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib.

Bu barədə konqresmen CBS telekanalına müsahibəsində deyib.

“Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq”, – o qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etmək istəyir. Rusiyanın Gürcüstan və Ukraynanın ərazilərinə soxulmasına diqqət çəkən konqresmen Putinin dayanmayacağını vurğulayıb:

"Bu cür ardıcıl aqressiya qarşısında Vladimir Putinə Ukraynada uğur qazanmağa imkan versək, onun yalnız Ukraynada dayanacağına inanmalıyıqmı? Təbii ki, yox”.

Ceffris həmçinin Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini bildirib. Onun fikrincə, bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-nin düşməni olmadığına inanır.

Konqresmenə görə, bu fraksiyanın lideri Marcori Teylor-Qrindir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir