hemle

Bolton Putini hədələdi: - “O, bizim hədəf siyahımızdadır”

Tarix:10-10-2022, 14:04
Baxış Sayı:165

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə edəcəyi təqdirdə öz əli ilə intihar məktubunu yazacaq.

hemlemedia.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, bu barədə CBS News-a müsahibəsində bildirib.

“Düşünürəm ki, biz bunu təkcə Putinə deyil, həm də Rusiya rəhbərliyinə, ruslara açıq şəkildə bildirməliyik: əgər Putin nüvə silahından istifadəyə icazə verərsə, o, intihar məktubunu yazacaq”, - Bolton deyib.

Bolton qeyd edib ki, Putin artıq “hədəf siyahısında”dır, çünki Rusiyada əsas qərar qəbuletmə mərkəzidir.

"Putin Rusiya silahlı qüvvələrinə komandanlıq edir. Bu baxımdan o, qanuni hərbi hədəfdir”, deyə o vurğulayıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı