hemle

ABŞ prezidentliyinə namizəd Ukraynaya ordu göndərilməsini istisna etməyib

Tarix:19-02-2024, 13:30
Baxış Sayı:4


“ABŞ Ukraynaya ordu göndərməmək üçün yeni yardım paketini təsdiqləməlidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi irəli sürən Nikki Heyli “ABC” telekanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşun istəmir, Kiyev bu münaqişədə qalib gəlmək üçün sadəcə texnika və sursat istəyir.

“Onların çoxlu döyüş gücü var, biz onlara lazım olanı verməliyik ki, qələbə qazana bilsinlər ki, hər hansı bir qoşunumuzun göndərilməsinin qarşısını ala bilək”.

Heyli həmçinin qeyd edib ki, ABŞ prezidenti Cozef Bayden amerikalılara Kiyevə maliyyə dəstəyinin vacibliyini izah etməlidir.

“Konqres uğursuzluğa düçar olur, çünki deyirlər ki, Ukrayna, İsrail və sərhəd təhlükəsizliyi arasında seçim etməlisən. Onlar Amerika xalqına yalan danışırlar. Bu, yanlış fikirdir. Biz hər ikisini edə bilərik”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı