hemle

Bayden Zelenski ilə Ukrayna sərhədindəki gərginliyi müzakirə etdi

Tarix:28-01-2022, 15:19
Baxış Sayı:239

ABŞ prezidenti Cozef Bayden və ukraynalı həmkarı Vladimir Zelenski cümə axşamı telefon danışığında Ukrayna sərhədində davam edən gərginliyi müzakirə ediblər.

Bayden ABŞ-ın Ukraynaya dəstəyini, o cümlədən "təzyiqlər şəraitində Ukrayna iqtisadiyyatına kömək etmək üçün əlavə makroiqtisadi dəstəyi" təsdiqləyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, səfirlik əməkdaşlarının amerikalı ailə üzvlərinin ölkəni tərk etməsinə baxmayaraq, ABŞ-ın Kiyevdəki səfirliyi hələ də açıqdır və tam fəaliyyət göstərir.

Bayden bildirib ki, dördtərəfli dialoq üzvlərinin 2020-ci ilin iyulunda atəşkəs sazişinə sadiq qalması gərginliyin azaldılmasına və Minsk razılaşmalarının irəliləməsinə kömək edəcək. Müqavilələrdə Kiyevdəki hökumət qoşunları ilə Donbass bölgəsindəki silahlı qruplaşmalar arasında dərhal atəşkəs əldə olunması və münaqişənin diplomatik yolla həllinə nail olunması tələb olunur.

Zelenski isə tvitində bildirib ki, telefon danışığı zamanı iki lider "eskalasiya üzrə son diplomatik səyləri müzakirə edib və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər". O, həmçinin "Ukraynaya maliyyə dəstəyi imkanlarının da müzakirə edildiyini" təsdiqləyib.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi