hemle

BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb

Tarix:3-05-2024, 15:00
Baxış Sayı:658

BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb
Bu gün BP Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb.

Laboratoriya BP tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub.

Gözlənilir ki, hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcəklər. Bura əsasən kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik/informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bu yeni laboratoriyanı açmaqdan çox məmnundurlar: “İKT-nin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə gərək yoxdur. Buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi geniş karyera imkanlarına qapı aça bilər. Daha geniş mənada isə İKT çox böyük iqtisadi əhəmiyyət daşıyır, çünki o, elektron ticarət, elektron idarəetmə, bankçılıq və nəqliyyatdan tutmuş kənd təsərrüfatı, təhsil və tibbə qədər demək olar ki, hər sahədə istifadə olunur. Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”.

Layihə 2023-cü ilin may ayında başlanıb və 2024-cü ilin noyabrı üçün nəzərdə tutulmuş bitmə tarixindən xeyli əvvəl başa çatdırılıb.

Layihənin ümumi dəyəri təqribən 403 000 manat və ya 237 000 ABŞ dollarıdır.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq