hemle

Qarabağ Universiteti üçün nə qədər plan yerləri ayrılıb?

Tarix:20-12-2023, 22:04
Baxış Sayı:68

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Xankəndidə Qarabağ Universiteti yaradılıb. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə Qarabağ Universitetində 16 ixtisasın tədris olunacağını bildirib.

Nazir deyib ki, universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

Tələbə qəbulu ilkin plana əsasən birinci kurs üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları, ikinci kurs üzrə Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarına müsabiqə əsasında, ikinci və üçüncü kurs üzrə isə mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları ilə həyata keçiriləcək.

Qarabağ Universiteti üçün nə qədər yer ayrıldığı ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edilib.

Qurumun mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə saytımıza açıqlamsında plan yerlərinin DİM tərəfindən müəyyən edilmədiyini bildirib.

“Yerlər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra bizə göndəriləcək”,-o, deyib.

Daha sonra Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək:

“Hazırda Qarabağ Universitetində kadr hazırlığı aparılan ixtisaslar, tədrisin təşkili, idarəetmə və pedaqoji heyətin formalaşdırılması məsələləri müzakirə olunur.Proses başa çatdıqdan sonra ictimaiyyət müvafiq qaydada məlumatlandırılacaq”.(Modern)

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir