hemle

Rəqəmsal Məcəllənin əsas məqsədi açıqlanıb

Tarix:12-04-2024, 09:20
Baxış Sayı:741

Rəqəmsal Məcəllənin əsas məqsədi açıqlanıb

Azərbaycanda Rəqəmsal Məcəllənin əsas məqsədi ölkədə rəqəmsallaşma üçün qaydalar, çərçivələr və standartlar müəyyən etməkdir.

Bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

“Hazırda rəqəmsallaşma prosesi tarixi irsi və yanaşma müxtəlifliyini qoruyub saxlayaraq kifayət qədər qeyri-mərkəzləşdirilmiş vəziyyətdədir. Rəqəmsal kodun məqsədi ümumi yanaşma və standartların yaradılmasıdır ki, bu da prosesi idarə etməyi asanlaşdırmalıdır. Bunun qərarların qəbul edilməsini və ümumilikdə rəqəmsallaşmanı sürətləndirməsi, habelə dövlət resurslarından istifadənin səmərəliliyini artıracağı da gözlənilir”, - deyə o vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, rəqəmsal məcəllə ilə yanaşı, rəqəmsal inkişaf konsepsiyasının qəbulu, informasiyanın idarə edilməsi strategiyasının, süni intellekt strategiyasının qəbulu, elektron hökumət informasiya sistemi haqqında əsasnamə, rəqəmsal sənədlər haqqında qanunvericiliyin qəbulu da gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin sonunda İRİA rəqəmsal məcəllə layihəsi hazırlamağa başladığını açıqlamışdı.
Sənəd rəqəmsal inkişaf sahəsində beynəlxalq və yerli təcrübə əsasında beynəlxalq konsaltinq şirkətinin cəlb edilməsi ilə hazırlanacaq.

Toplanmış materialların və məlumatların təhlili əsasında Rəqəmsal Məcəllənin strukturunu özündə əks etdirən konseptual sənəd yaradılacaq. Layihənin mətni Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Normativ hüquqi aktlar haqqında” Qanunun və “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla tərtib ediləcək.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilinə, yerli innovasiya mühitinin yaradılmasına, ekosistemin gücləndirilməsinə xidmət edir. Agentliyin prioritet istiqamətləri nüvə elmi və texnologiyası sahəsində sınaq eksperimentlərinin aparılması, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarında və innovativ layihələrində (startaplarda) dəstək olmaq, müasir texnologiyaların və texnoloji həllərin əldə edilməsinə köməklik göstərmək, ölkədə İKT sahəsində təhsil və karyera imkanlarının mövcudluğunu təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin yaradılması və təşkilidir.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış