hemle

ADB COP29-un uğurlu keçirilməsinə necə dəstək göstərə biləcəyi ilə bağlı Azərbaycanla danışıqlar aparır

Tarix:3-05-2024, 13:30
Baxış Sayı:639

ADB COP29-un uğurlu keçirilməsinə necə dəstək göstərə biləcəyi ilə bağlı Azərbaycanla danışıqlar aparır
Asiya İnkişaf Bankı (ADB) hazırda Azərbaycan hökuməti ilə COP29-un uğurlu keçirilməsinə necə dəstək göstərə biləcəyi ilə bağlı danışıqlar aparır.

Bunu açıqlamasında Asiya İnkişaf Bankının (ADB) iqlim dəyişikliyi və dayanıqlı inkişaf departamentinin iqlim dəyişikliyi məsələləri üzrə direktoru Noel O'Brayen deyib.

“Biz COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyirik. Hazırda biz onlarla birlikdə ADB-nin COP29-un sədrliyinə necə birbaşa dəstək verə biləcəyini araşdırırıq. Bunun bir neçə yolu var”, - o vurğulayıb.

Onun sözlərinə görə, bununla bağlı danışıqların müxtəlif istiqamətləri var və bunlar bu il keçiriləcək COP-29-da prioritet mövzulardan biri olacaq:

“Buraya yeni kollektiv kəmiyyət hədəfi kimi məsələlər daxildir. Bunlar 100 milyard dollardan artıq olacaq ambisiya səviyyəsini göstərir. Biz bunun prosesin bir hissəsi olacağını gözləyirik. Qlobal müqavilələrin uyğunlaşma və müxtəlif digər aspektləri üçün nə qədər maliyyə ayrılacağı ilə bağlı sualımız da var. Buna görə də Azərbaycan hökumətinin müraciətinə əsasən bu məsələdə dəstək verəcəyik.

ADB-nin hökumətlə qarşılıqlı fəaliyyətinə gəlincə, biz onlarla ölkənin hara investisiya etmək istədiyi ilə bağlı danışıqlar aparırıq. Bu, sənaye komandalarımızı və Mərkəzi Qərb regional komandasını əhatə edən bir iş sahəsidir”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ