hemle

Abşeronda 11 evdən oğurluq edən şəxs saxlanılıb

Tarix:10-04-2024, 16:30
Baxış Sayı:479

Abşeronda 11 evdən oğurluq edən şəxs saxlanılıb

Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Hemlemedia.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.

Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?