hemle

Vətən qəhrəmanlarını unutmur...

Tarix:5-04-2024, 06:00
Baxış Sayı:745

Vətən qəhrəmanlarını unutmur...

Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açmış Sənan Səlimov 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalananda ömrünün 19 ilini yaşayırdı.

Vətən üçün yaşamaqla bu qısa həyat yolu böyük bir xalqın qəhrəmanlıq simvoluna dönərək əbədiyaşarlıq qazanıb. Məhz Sənan tək igidlərin döyüş meydanında göstərdiyi rəşadət hesabın 30 il Qarabağımızı əsarətdə saxlayan erməni dığaları məğlub oldular, apardığımız haqq savaşımız Azərbaycanın, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Şəhid qanı hesabına azad olunan müqəddəs yurd yerlərimiz canlanır, Vətən yaşayır. Nəsibi şəhidlik zirvəsindən boylanmaq olan Vətən sevdalısı Sənan Səlimovun ruhu da rahatdır.

İndi cismən aramızda olmasa da, ürəklərdə yaşamaqla bütün Azərbaycana əzizdir Sənan. Masallı camaatı kiçikli-böyüklü öz qəhrəman oğlunun adını həmişə fəxrlə çəkir, onu özlərinə qürur yeri, iftixar mənbəyi bilirlər. Keçirilən məclislərdə onu xatırlamaq burada artıq ənənə şəklini almışdır. Bu günlər isə Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Sənan Səlimovun 23 yaşının tamam olması münasibətilə tədbir baş tutub. Görüşdə şəhidin döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Sənan saf əqidəli, qəlbi sevdalı, vicdanlı, qeyrətli oğlan idi. Vətənini ürəkdən sevirdi. Elə bu ilahi sevgi ona əbədiyyət adlı ulduzlu bir dünya bəxş etdi.

Sənan ordu sıralarına düşməndən qisas almaq arzusu ilə yola düşüb. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan kimi birbaşa ermənilərlə döyüşə girib. Füzulinin azadlığı uğrunda gedən ağır müharibədə ölümə meydan oxumaqla düşmənə ciddi itkilər verib. Həmçinin mərdliyi, igidliyi əsgər yoldaşlarını yalnız qələbəyə doğru aparıb. Döyüşdən-döyüşə bərkiyən Sənan yağının kabusuna dönüb. Çox ölüm-dirim savaşların qalibi olan igid əsgər oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Beləcə, şərəfli ölümü ilə Vətəninə, millətinə başucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan Sənan Səlimov həm də ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ