hemle

Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

Tarix:19-06-2020, 18:47
Baxış Sayı:582

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

hemlemedia.az xəbər verir ki, anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Elvin Əzizov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR