hemle

Maykl Ceksonun oğlu nənəsini məhkəməyə verir

Tarix:22-03-2024, 10:37
Baxış Sayı:206

Maykl Ceksonun oğlu nənəsini məhkəməyə verir

Amerikalı pop müğənni Maykl Ceksonun kiçik oğlu Blanket sənətçinin 93 yaşlı anasını, nənəsi Ketrini məhkəməyə verib.

Hemlemedia.az-ın xəbərinə görə, bu barədə TMZ məlumat yayıb.

Blanket Cekson qadının musiqiçinin mirasındakı pulu onun bəstələrinin hüquqları ilə bağlı məhkəmə çəkişmələrində xərcləməsinin qarşısını almağı tələb edir.

Qohumlar arasında mübahisəli əməliyyatın həcmi məlum deyil. İlkin məlumatlara görə, söhbət "Sony" ilə sənətçinin musiqi kataloqunun yarısını 600 milyon dollara satmaq üçün imzalanan müqavilədən gedir.
Sövdələşməyə etiraz məhkəmə tərəfindən rədd edilib. Ancaq müğənninin anası apellyasiya şikayəti vermək qərarına gəliçb, lakin Blanket uğur qazanacağına əmin deyil və sonrakı məhkəmə çəkişmələrinə pul xərcləmək istəmir.

Eyni zamanda, Ceksonun böyük övladları - Şahzadə və Paris bu məsələ ilə bağlı mövqelərini açıqlamamaq qərarına gəliblər.

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər