hemle

Səhiyyə Nazirliyinin şöbə müdiri məhkəməyə verilib

Tarix:23-04-2020, 16:10
Baxış Sayı:342

“Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladovun pul tələbini rədd etdiyim üçün məni şantaj edərək, işdən kənarlaşdırdı”.

Bu sensasiyalı ittihamı Füzuli rayonundakı Diaqnostika Mərkəzinin sabiq direktoru Cümşüd Məmmədov “gununsesi.org” saytına açıqlamasında dilə gətirib.

Sabiq direktor iddia edib ki, Gülmirzə Poladov ölkənin bütün şəhər və rayon xəstəxanalarının baş həkimlərindən aylıq haqq alır: “Bu adam o qədər tamahkar olub ki, köçkün bir rayondan da pul umub. Mənə açıq şəkildə deyirdi ki, sən də nazirliyə “kömək” eləməlisən. Bildirdim ki, nazirlik rayona diqqət göstərməlidir. Mən burada pul qazanmıram ki, sizə də verəm. Mən onun bu tələbini rədd etdim, sonra məni şantaja keçdi, işdən kənarlaşdırdı. Onu məhkəməyə vermişəm, hazırda məhkəmə çəkişməmiz gedir. Son məsələlərə görə proses təxirə salınıb”.

Sayt Gülmirzə Poladovun da mövqeyini öyrənməyə çalışdığını, ancaq onun ittihamlara münasibət bildirmək istəmədiyini qeyd edib.
milletinsesi.info

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı