hemle

"Gürcüstan Hava Yolları" müflis oldu - 56 milyon borc

Tarix:13-01-2022, 14:53
Baxış Sayı:240

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın “Georgian Airways” aviadaşıyıcısı üçün iflas/reabilitasiya prosesinin başlanması barədə qərar qəbul edib.

Məhkəmə qərarına əsasən, şirkətin müflisləşməsinə səbəb onun 16 min sərnişin və onlarla şirkət qarşısında 176 milyon lari (56,8 milyon dollar) məbləğində borcunun olması olub.

İctimai reyestr səhifəsində dərc olunan məhkəmə qərarına əsasən, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub və şirkət öz öhdəliklərini yerinə yetirə bilməyib.

Həmçinin məhkəmə qərarında deyilir ki, “Georgian Airways” rəhbərliyinin şirkətin sağlamlaşdırılması layihəsi var. Xüsusilə, şirkət gəlirli istiqamətlərə uçuşlarını davam etdirməyə hazırlaşır ki, bu da şirkətin fəaliyyətinə zəmanət verəcəkdir.

Şirkət Amsterdam, Təl-Əviv və Minskə uçuşları davam etdirəcək, həmçinin digər şəhərlərə mövsümi və çarter reysləri həyata keçirəcək.

“Pandemiyanın təsiri zəifləsə, yeni gəlirli istiqamətlər nəzərdən keçirmək, planlı və qeyri-rəsmi çarter reysləri əlavə etmək olar ki, bu da gələcəkdə mənfəəti daha da artıracaq”, - sənədlərdə deyilir.

Ərizə məhkəməyə təqdim edilən zaman aviadaşıyıcının aktivləri 21 378 262 lari, öhdəlikləri isə 175 854 075 lari təşkil edib.

Qeyd edək ki, böhrandan əvvəl şirkətdə 275 nəfər işləyirdi.

Həmçinin məhkəmə qərarı ilə bir sıra şirkətlər borclarına baxmayaraq, aviadaşıyıcıya xidmət göstərməyə davam edəcək. Xüsusilə, söhbət o şirkətlərdən, o cümlədən hava limanlarından gedir ki, şirkətin onlarla müqaviləsi var.

Bundan əlavə, məhkəmə "Georgian Airways"in sahiblərinin nəzarət altında qalması barədə qərar çıxarıb, lakin reabilitasiya prosesinə nəzarət etmək üçün müşahidəçi Nato Papuaşvili təyin olunacaq.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ