hemle

Dövlət müəssisələri öhdəliklərini yerinə yetirməsə büdcədə əlavə yük yaranacaq - RƏSMİ

Tarix:22-12-2020, 17:53
Baxış Sayı:397

Dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi dövlət borcu ilə bağlı risk yaradır.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, növbəti ildə dövlət borcu ilə bağlı risklər dəyərləndirilib.

Bildirilib ki, dövlət müəssisələrinin 2021-ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borclarının həcmi təqribən 900 milyon manat təşkil edir. Bu müəssisələr tərəfindən öhdəliklər yerinə yetirilmədiyi halda, dövlət zəmanəti üzrə ödəniş öhdəliyi yaranır və dövlət büdcəsinə əlavə yük yaradılır.

Borc üzrə istinad faiz dərəcələrinin artması riski də dəyərləndirilib. Belə ki, xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə cəlb edilmiş kreditlər (2020-ci ilin 1 iyul tarixinə 3 milyard 343 milyon ABŞ dolları, xarici dövlət borcunun 37,3 faizi) olduğundan, istinad faiz dərəcələrinin artması faiz xərclərinin, dolayısı ilə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb olacaq.

Qeyd edilib ki, bununla yanaşı, növbəti ilin büdcə kəsirinin bağlanılması üçün tələb olunan borc vəsaitinin tam cəlb edilə bilməməsi riskinin də diqqət mərkəzində saxlanılması zəruridir.

Belə ki, 2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır.

Eyni zamanda 2021-ci ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Növbəti ildə istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrar maliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya olunmalıdır.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı