hemle

Peskovun oğlu azərbaycanlı iş adamı ilə ortaq oldu

Tarix:1-06-2021, 22:30
Baxış Sayı:297

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov “Vecon Construction” şirkətinin səhmlərinin 33 faizini alıb.

“hemlemedia.az xəbər verir ki, “SPARK-İnterfaks”ın verdiyi məlumata görə, Nikolay Peskovun şirkət səhmlərində ortağının azərbaycanlı iş adamı Şirin Quliyev olduğu bildirilir. Onun daha əvvəl restoran biznesi ilə məşğul olduğu və “Şafran” restoran şəbəkəsinə rəhbərlik etdiyi qeyd olunub.

“Vecon Construction” şirkəti bu ilin mart ayında Türkiyədən olan başqa bir iş adamı - Cem Erbakis tərəfindən təsis edilib. Bir ay sonra, şirkət səhmlərinin 100%-i Mariya Zaxarova Borisovna adlı şəxs tərəfindən alınıb. 27 mayda isə N. Peskov şirkət səhmlərinin 33 faizinə sahib olub.

Şirkətin veb saytı yoxdur. “SPARK-İnterfaks”ın verdiyi məlumata görə, şirkət əsas fəaliyyəti olan ağac, tikinti materialları və sanitariya avadanlıqları ticarətindən əlavə mebel təmiri və ət ticarəti ilə də məşğuldur.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq