hemle

Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır

Tarix:9-12-2020, 10:25
Baxış Sayı:383

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.

hemlemedia.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq.

Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin martında saxlanılıb. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı