hemle

"Səlahəddin Əyyubi kürd idisə, niyə qurduğu dövlətin dili türk dili idi?" -MÜSAHİBƏ

Tarix:18-03-2024, 18:12
Baxış Sayı:130

"Səlahəddin Əyyubi kürd idisə, niyə qurduğu dövlətin dili türk dili idi?" -MÜSAHİBƏ

Erməni separatizmi bitməmiş indi də Qafqaza kürd separatizmi ayaq acmaqdadir. Duzdur , əslində bu separatizm meylləri hər zaman olub. Amma vaxtında qarşısı alinib. Buna baxmayaraq elə folklorda da göstərilir ki, bədniyyətinə , şərin 40 başı olur, kəsildikcə də artır , çoxalır! Separatizm də məhz bir şər qüvvə, bəd niyyətdir! Son günlər, PKK terrorçularının ideoloqları sosial şəbəkələrdə fəallaşıb. Azərbaycana, xüsusən Oğuz türklərinə qarşı hücumlara başlayıblar. Məsələn, Nizami Gəncəvini, Qaçaq Nəbini, yazıçı Fərman Kərimzadəni, tariximizə adlarını qəhrəman kimi yazdırmış Sultan və Xosrov Sultanov qardaşlarını və bir sıra görkəmli şəxsiyyətləri kürd olaraq qeyd edirlər! Düzdür, bu şəxsiyyətlər bütün Azərbaycanın fəxridir, amma milliyyətini təkzib edib onları kürd kimi yaddaşlara sırımaq yolverilməzdir!

Sosial şəbəkələrdə separatçıların bu müzakirəsinə tutarlı cavab vermək üçün üz tuturuq siyasət üzrə fəlsəfə doktoru dosent Zaur Əliyevə.

- Zaur müəllim, hazırda durum sizə də məlumdur . Türk mənşəli tarixi şəxsiyyətlərə qarşı hücumlar nə ilə bağlıdır? Niyə onların başqa toplumlar tərəfindən mənimsənilməsi prosesi bu qədər əhatəli davam edir?Məsələn, Əyyubilər Sülaləsinin ilk hökmdarı, Misir, Suriya, Yəmən, Hicaz və Fələstin sultanı, bir çox araşdırmalarda milliyyətcə Azərbaycan türkü olduğu qeyd edilən Səlahəddin Əyyubi niyə kürd kimi dünya ictimaiyyətinə sırınır?

-Belə vacib faktlardan sonra əgər S. Əyyub yenidən kürd adlandırılırsa, onda burda başqa səbəblər də var...

-Avropalı tədqiqatçı Hillenbrand “The Crusades: Islamic perspectives. Edinburgh, 1999.” səhifə 64-də yazır: “Şübhə yoxdur ki, müasir müsəlman tarixşünaslığı səlib yürüşləri dövründə türklərin rolunu düzgün qiymətləndirmir. Bu gün müsəlman ərəblər səlibçilərə qalib gələn böyük cihad döyüşçülərinin (mücahidlərin) demək olar ki, hamısının – Zəngi, Nurəddin, Baybarsın türk olmasına şübhə etməsələr də, bu fakt lazımi səviyyədə gizlədirlər”

Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri Tirli Vilhelm və ya Tirli Giyom Səlcuqların səlibçilərə qarşı savaşı haqqında yazır: “Türk oxları yağış kimi yağırdı. Xristianlar onları təqib etmək istəyəndə türklər arxalarına dönüb qılınclardan qaçaraq oxları yağdırmağa davam etdilər”.

-Sizin açıqlamanızdan belə qənaətə gəldim ki, əslində məsələn, Səlahəddin Əyyubini kürdlərin mənimsəməsinə Avropadan yaşıl işıq yanıb...

-Bəli , xüsusən , Səlahəddin Əyyubi ilə bağlı daha çox israrlı mənimsəmə , kürdləsdirmə faktı var.

Amma tarixçilərin fikri ilə separatizmi fikri heç vaxt üst - üstə düşməyib və düşməyəcək.

Bir faktı qeyd edim;Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Qarabağın gözəl şəhəri olan Zəngilan ərazisindən Mosul şəhərinə də köçən zəngilər burada məskunlaşıblar və sonradan Dəməşq şəhərinin əmiri olacaq

- Nurəddin Zənginin Səlahəddin Əyyubinin yetişməsində böyük rolu olduğu bildirilir.

-Nurəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olur. Milliyətcə Əfşar türkü olan Nurəddin Zəngi I İmadəddin Zənginin oğludur. Sonradan dünya tarixində imza qoyacaq Səlahəddin Əyyubini 17 yaşında öz sarayına dəvət edib onu hərbiçi və siyasətçi kimi yetişdirən məhz Nurəddin Zəngi olub. (Bax: Steven Runciman, A History of the Crusades, vol. II: The Kingdom of Jerusalem. Cambridge University Press, 1952.)

Onun təsvir edən tarixçilər yazırlar:” O, hündürboy, qara saçlı, yaraşıqlı, enli alınlı və üzünün sadəcə çənə hissəsində tük olan bir insan kimi təsvir edilir. O, həmçinin, istedadı, cəsarəti, təqvası və gözəl xasiyyəti ilə təriflənir.”
Onun bayrağı sarı bir fonda göy rəngli qartal rəsmli idi, 1517-ci ilə qədər dəyişməz olaraq istifadə edildi. Qeyd edim ki, sarı rəng Türk dövlət ənənəsində suverenliyi simvolizə edir.

- Zaur müəllim, ətraflı məlumat üçün təşəkkür edirik!

P.S.Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparan tarix üzrə fəlsəfə doktoru Əbülfəz Əliyev (Elçibəy) yazır:

-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, Misirdə Əyyubilərin sülaləsinin hakimiy- yət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar:

-Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu?

Sultan:

-Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Əz-zib tayfasındanıq. Birbaşa-doğruya, o zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspirantura’da oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikan’ın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində.

İbn Hellikan yazır:

«Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!».

Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçe’de geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır.

Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «menim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).

(C)Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164
XII-XIII əsrlərdə yaşamış ərəb şairi İbn Sənaülmülk bunu təsdiqləyir:
“Bi dovlət-it-Turki əzzət millətul Arab
Va bi ibni Əyyub zəllət şiətus sulub”
Tərcüməsi:
Türk dövləti ilə ərəb milləti izzətləndi
Əyyuboğlu əlində səlibçilər zəlil oldu (c)


Əntiqə Rəşid

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq