hemle

İMTAHAN SUALLARI AZALDILIR? – AÇIQLAMA

Tarix:13-05-2020, 17:31
Baxış Sayı:467

11-ci sinif buraxılış imtahanlarında açıq sualların sayının azaldılması ilə bağlı hələlik Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi açıqlama verilməyib.

Bunu təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, hələlik 3 marta qədər keçirilən tədris proqramının imtahanlara salınmasından başqa güzəşt tətbiq edilməyib:

“DİM elan etdi ki, imtahanlarda epidemiya ilə əlaqədar mart ayının 3-nə qədər keçirilən mövzular salınacaq. Buraxılış imtahanı verən 9-cu siniflər üçün mart ayından bu yana olan onlayn keçilən dərslərdən sual salınmayacaq. 11-ci siniflər üçün də 3 martdan- 14 iyuna qədər olan tədris proqramı imtahana salınmayacaq. İmtahanlarda açıq tipli sualların azaldılması ilə bağlı hələlik heç bir rəsmi qərar qəbul edilməyib. Əvvəlki illərin məzunları buraxılış imtahanları verdiyi üçün qeyd olunan güzəştlər onlara şamil edilməyəcək”.

Qeyd edək ki, ötən gün mətbuatda 11-ci sinif buraxılış imtahanlarında açıq tipli sualların sayının azaldılması barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan dili üzrə 4 (ötən il 10 olub), riyaziyyat üzrə 4 (ötən il – 6), xarici dil üzrə 4 açıq yazılı sual (ötən il 7) olacaq.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar