hemle

Şərəf tarixinin 44 anı

Tarix:19-02-2024, 09:00
Baxış Sayı:3



Payız... Günəşin solduğu, düşüncələrimizə şeh düşən, təbiətin inkişaf mücadiləsinin bitdiyi an, təslim anı, məğlub, küskün anı...Və 27 sentyabr.
Saat 12.00-da Müzəffər Sərkərdəmiz Ali Baş Komandan İlham Əliyev Azərbaycan və Ermənistan arasında rəsmən müharibə başlandığını elan edir. Bu, 30 illik səbrin bitdiyi an, Qarabağla aramızda yaranan sədləri aşmaq ehtirası, bütün maneələri dağıtmaq hiddəti idi. Beləcə Azərbaycan xalqının Qarabağ uğrunda başladığı azadlıq savaşı Payız günəşinə hərarət verdi. Hər gün daha günəşli,hər gün qələbə müjdəli Zəfər Payızı başlandı.
27 sentyabr mücadilənin başlandığı gün Füzuli rayonununQaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər Qarabağdan ilk müjdə oldu.
3 oktyabrda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri,Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy,Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi Aərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
4 oktyabrda Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri düşməndən azad edildi.
5 oktyabrda Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı,Məzrə kəndləri mənfur düşmənin caynağından azad edildi.
9 oktyabrda Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı kəndlərinin azad olunması bizi hər gün yeni bir müjdə sorağına alışdırdı.
14 oktyabrda Füzuli rayonunun Qaradağlı, Xatunbulaq,Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı,Kəmərtük, Təkə, Tağaser kəndləri əsarətdən qurtardı.
15 oktyabrda Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli,Çiraquz kəndləri. Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi yenidən və əbədiyyən bizim oldu.
16 oktyabrda Xocavənd rayonunun Xırmancıq, Ağbulaq,Axullu kəndləri işğaldan azad olundu.
17 oktyabrda Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri şanlı ordumuz tərəfindən azad olundu.
18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Bu, şanlı tariximizin ən parlaq qalibiyyət günü oldu.

19 oktyabrda Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Alıkeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli,Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini Azərbaycanın Şanlı Ordusu əbədi olaraq doğma sahiblərinə ərməğan etdi.
20 oktyabrda Zəngilan şəhəri və Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri,Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı,Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydır, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonununAğcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı(Vəng) kəndlərini tutan mənfur əllər kəsildi. Doğma yurdlarımız bizim oldu.
21 oktyabrda Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı,Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri azadlığa qovuşdu. Hər azadlıq müjdəs düşmənin belini qırır, onu daha da sarsıdırdı.
22 oktyabrda Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli,Dərzili kəndləri, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri işğaldan azad oldu. Düşmənin bağrı yarıldı.
23 oktyabrda Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndləri, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli kəndləri, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri Müzəffər Orumuzun nəzarətinə keçdi.
25-26 oktyabrda Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayıl rayonunun Qoşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad olundu.
28 oktyabrda Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı,Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə,Qılıcan kəndləri düşmən tapdağından azad olundu.
30 oktyabrda Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə,Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin,Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri Milli Ordumuzun rəşadəti ilə geri qaytarıldı.
2 noyabrda Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri əsgər və zabitlərimizin şücaəti ilə düşmən tapdağından azad olundu.
4 noyabrda Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri özazadlığına qovuşdu.
7 noyabrda Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanardağ kəndləri, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilan rayonunun Beşdəli kəndi, Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri, Xocalının Qarabulaq, Moşxmaat kəndlərini Milli Ordumuz əbədi olaraq öz həqiqi sahiblərinə qaytardı.
8 noyabrda azərbaycanlı olan hər kəs bütün varlığı ilə - Şuşada doğulan da, doğulmayan da, Şuşanı görən də, görməyən də, tarixin ən ecazkar qələbəsinin kulminasiya anında iki sözdən ibarət möhtəşəm və əbədiyaşar bir himn oxudu:
ŞUŞA BİZİMDİR!
Sara Şıxıyeva

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan