hemle

CƏBHƏDƏ SON DURUM

Tarix:9-07-2020, 10:07
Baxış Sayı:709

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub.

Müdafiə Nazirliyindən ATESH,AZ saytına verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
ATESH,AZ

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı