hemle

12 MAY NOVRUZ ASLANIN ANADAN OLMASININ 60 İLİ TAMAM OLUR

Tarix:12-05-2020, 09:10
Baxış Sayı:434

Unutmayaq, unutdurmayaq.

12 may (1960-2018) – “Savalan” musiqi qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti, müğənni, aktyor Novruz Novruzlunun doğulduğu gündür.

Novruz Novruzlu 12 May 1960-cı ildə qədim Türk yurdu olan Naxçıvanın Ordubad şəhərində anadan olub. O, 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib.

Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili -komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.


Qanlı 20 yanvar faciəsi baş verdikdən sonra dostları ilə birgə Savalan qrupunu yaradıb. Qrup olaraq daha çox dini mistik vətənpərvər musiqilər ifa ediblər.

Novruz Novruzlu 20 noyabr 2018-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir