hemle

Şahramanyan “artsax”ın buraxılması barədə qərarı ləğv edib - Surətini Paşinyana yollayıb

Tarix:10-01-2024, 15:25
Baxış Sayı:65

Şahramanyan “artsax”ın buraxılması barədə qərarı ləğv edib - Surətini Paşinyana yollayıb

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan qondarma “artsax”ın buraxılması haqqında özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

“Hraparak”ın məlumatına görə, Samvel Şahramanyan sözügedən “fərman”ınn ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

Naşrin yaxdığına görə, Samvel Şahramanyan Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq, həmin “qərar”ı hələ ictimaiyyətə açıqlamayıb

“Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”, - “Hraparak” yazıb.

Xatırladaq ki, ğzünü buraxdığını elan edən “artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın 28 sentyabr 2023-cü il tarixli "fərman"ında deyilir:

“1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat