hemle

Şahramanyan Xankəndindəki partlayışın səbəbini AÇIQLADI

Tarix:28-10-2023, 22:56
Baxış Sayı:177

Qarabağda artıq ləğv edilən qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan Xankəndi yaxınlığında yerləşən yanacaqdoldurma anbarındakı partlayışla bağlı açıqlama verib.

O, partlayış ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, partlayış "Müdafiə Ordusu"nun təcili ehtiyat anbarında baş verib. Anbarda olan yanacaq istifadə olunmayıb və döyüş əməliyyatları zamanı istifadə üçün nəzərdə tutulub.

Partlayış əsas təhlükəsizlik qaydalarına əməl edilməməsi, insanların anbardan yanacağı özbaşına çıxarması səbəbindən baş verib.

"Partlayış nəticəsində ölənlərin sayı demək olar ki, hərbi əməliyyatlar zamanı ölənlərin sayı ilə müqayisə olunur. Ölənlərin əksəriyyəti Xankəndi sakinləridir", - Şahramanyan qeyd edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, partlayış zamanı 170 nəfər ölüb.

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ