hemle

Putinin Azərbaycanla bağlı dedikləri erməniləri qorxuya saldı

Tarix:18-10-2023, 10:24
Baxış Sayı:60

Rusiya Prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan və Ermənistan sərhədi haqda dedikləri erməniləri təşvişə salıb.

Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışı edib.

“Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”, - Putin bildirib.

Onun bu sözləri İrəvanda təşviş yaradıb və mediada Putinə qarşı tənqidlərə səbəb olub.

“Hraparak” nəşri yazır ki, Putin qanlı müharibədən özünə hələ də gələ bilməyən Ermənistanı aşağılayır.

“Sərhəddə Ermənistan hansısa istiqamətdə 100 metr irəli gedəcəksə, başqa istiqamətdə Azərbaycan 1 kilometr irəliləyəcək. Daha doğrusu Azərbaycana bunu verəcəklər”, - nəşr iddia edib.(Publika.az)

Digər xəbərlər
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var