hemle

“Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar prioritetdir” - Putin

Tarix:26-11-2021, 19:39
Baxış Sayı:316

Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar prioritetdir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

“Bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə də görüşünüz planlaşdırılıb. Biz bunu da alqışlayırıq. Nə qədər çox birbaşa təmaslar üçün imkanlar olsa, bir o qədər yaxşıdır. Mən Avropa İttifaqı Şurasının sədri cənab Mişellə danışmışam. O, sizi gözləyir. Lakin ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik. Bundan sonra isə başqa meydanlarda digər addımları atmaq olar. Bir daha təkrar edirəm ki, biz bu dialoqda tərəfdaşların artmasını alqışlayırıq. Başlıcası odur ki, bu işin xeyrinə olsun”, - V. Putin vurğulayıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı