hemle

Bu foto uğrunda hərə bir qəhrəman oldu...

Tarix:5-10-2023, 15:00
Baxış Sayı:59

Arayik Harutyunyanın boynunun aşağı basıldığı, qolu qandallı şəkildə videosunu da gördük. Xoşbəxtlik pik həddə!

Bunu bəlkə də, soyuq başla fikirləşəndə, başqa sözlə də ifadə etmək olar. Amma indiki halda ürəyimizdəki sevinclə, gözlərimizdəki qürur hissinin bağladığı sülh sazişinin birinci bəndi bunu deyir.

İkinci bənddə qeyd olunur ki, ən sevdiyiniz adamlara bu fotonu çərçivələdib hədiyyə edin. Qoy iş otağından, evinin giriş koridorundan assın. Qoy hər dəfə o fotoya baxanda necə möhtəşəm bir ölkədə, necə sözünün ağası olan dövlətdə yaşadığını hiss etsin.

Bundan sonrakı bəndlərdə:

Bu foto mənim və mənim kimi onminlərlə insanın çadır şəhərciklərində, vaqonlarda keçən uşaqlıq illərinin dövlət tərəfindən birdəfəlik kompensasiyadır!

Bu foto həm də, Qarabağ həsrəti ilə dunyasını dəyişən doğmalarımızın ruhuna duadır! Bu foto Arayikin əmri ilə Gəncəyə atılan raket nəticəsində həlak olan, Azərbaycanın ən kiçik şəhidi - 10 aylıq Narinin məzarı üstə düzülən qərənfillərin əvəzedicisidir.

Bu foto uğrunda hərə bir qəhrəman oldu...

Bu foto Qarabağda erməni vandalları tərəfindən dağıdılan minlərlə soydaşımızın qəbrinin məzar daşıdır.

Bu foto 92-ci ilin soyuq fevralında Xocalıdan Ağdama üz tutan vətəndaşlarımızı geriyə, doğma yurduna qaytaran yol nişanıdır.

Bu foto Xocalının, Xankəndinin, Əsgəranın, Ağdərənin, Xocavəndin baş planıdır!

Ruhun canlanması Zori Balayanın törətdiyi əməli etiraf etdiyi kimi, Xocalıda azərbaycanlı uşağı divara mismarlayaraq onun dərisini soyması deyil. O cinayətdir! Əsl ruhun canlanması, damarda təzə qan budur, bu fotodur - cinayətkarın cəzasız qalmaması!

Arayikin o görüntülərinin ssenari müəllifi cənab Prezident İlham Əliyevdir, rəngləndirən isə xalq, ordumuz, verdiyimiz minlərlə şəhidimizin qanı...

Bu foto uğrunda hərə bir qəhrəman oldu...

Digər xəbərlər
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ
11:23 İsrail “Eurovision”dakı mahnıya görə erməniləri təhqir etdi: İrəvanda dəli oldular
11:16 Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
11:13 Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb
11:10 “Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
11:02 Bu gün hava yağmursuz keçəcək
10:57 HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI