hemle

“Vətən ətri” filmi hazırdır

Tarix:7-09-2023, 16:32
Baxış Sayı:156

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin icrası məqəsədi ilə çəkilməsi nəzərdə tutulan “Vətən ətri” filminin çəkilişləri başa çatdıvə film artıq hazırdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi Layihənin sonuna yaxınlaşır.
Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov, Saatlı rayonunun Bəylər kəndində 1 mart 1999-cu ildə anadan olan Elgiz Mehtiyev, İkram Şirvan oğlu Səmədov. Hər üç şəhid Saatlı rayonunda anadan olub və boya başa çatıblar. Hər üçü Qubadlı, Füzuli, Cəbrayıl uğrunda döyüşüblər. Qubadlıda və Şuşada şəhid olublar.
“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin əsas məqsədi Qarabağ uğrunda şəhid olan vətən oğullarının tanıdılması və gəncliyin onlardan nümunə götürməsinin təbliğidir. Filmdə çəkilməsi nəzərdə tutulmuş hər üç qəhramanımızın yaxınları, döyüş dostları onlarla bağlı xatirələrini göz yaşları ilə danışdılar. Filmin çəkilişləri ağır olsada başa çatdı. Film Agentliyin baxışından keçirilərək təqdimata hazırdır.
“Vətən ətri” sənədli filminin təqdimat tədbirləri 20 sentyabr 2023-cü il tarixində Saatlı rayon Mədəniyyət evində keçirlləcəkdir. Filmə aid disklərin çoxaldılaraq tədbir iştirakçılarına paylanması nəzərdə tutulub. Disklər hazırdır.
Allah şəhidlərimizə rəhmət eyləsin.

Layihə rəhbəri
Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin sədri Famil Gözəlov











Digər xəbərlər
21:26 Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
21:22 Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi
21:15 30 mayla bağlı qorxunc xəbərdarlıq - Nə baş verəcək?
21:04 Pezeşkiandan XƏBƏRDARLIQ - Böyük oyun başlaya, bu ölkələr iflic vəziyyətinə düşə bilər
20:57 İsrail ordusu Qəzzada böyük quru əməliyyatına başladı
20:51 ETSN-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:32 Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız
11:27 Hindistanda peyk daşıyan raket kosmosa gedə bilmədi - NASAZLIQ